ABA-dan
AzVision.az-a bildiriblər ki, "İpoteka haqqnda" qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir. Belə ki, yeniliyə əsasən girov əmlakının açıq bazarda satılması və ya "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.
İclasda, həmçinin təkrar hərracların müddətinin azaldılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verilmə mexanizmi və bu məsələlərlə bağlı digər qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər müzakirə edilib.
AzVision.az