Məktəbli formalarının qiyməti bahalaşmayacaq
“Valideynlər və şagirdlər istirahətdə olduğu üçün məktəbli formalarının alınmasında hələ sıxlıq müşahidə edilmir. Hər kəs işini axırıncı günə saxlayır. Sentyabrda dərslərin başlamasına 5-10 gün qalmış hamının yadına məktəbli forması almaq düşəcək və sıxlıq müşahidə ediləcək. Bizim mağazalarımız hər gün, şənbə-bazar günləri də fasiləsiz işləyir”.
E.Əzimov qeyd edib ki, bu il məktəbli formalarının model və qiymətlərində hər hansı dəyişiklik olmayacaq: “Mağazalarımızda lazımi qədər məktəbli forması var”
Aytən Zəhra
AzVision.az
Teqlər: Məktəbli-formaları