Prezident “Ağ şəhər”ə 3 milyon ayırdı - Sərəncam
Bakı ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsi çərçivəsində paytaxtda geniş abadlıq və yaşıllaşdırma işləri aparılmaqda, yol və kommunikasiya infrastrukturları inşa olunmaqdadır.
Bununla əlaqədar olaraq, “Ağ şəhər”də su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihələrinin davam etdirilməsi zərurəti yaranıb.
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Sərəncam