Ötən gün 92 cinayət faktı qeydə alınıb

Ötən gün 92 cinayət faktı qeydə alınıb
  16 Avqust 2017    Oxunub:957
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti