Lavrov: “Anqlo-sakslar Avropanı Rusiya ilə münaqişəyə sürükləyirlər”

      Lavrov:    “Anqlo-sakslar Avropanı Rusiya ilə münaqişəyə sürükləyirlər”
  04 Noyabr 2024    Oxunub:860
Volodimir Zelenskinin rejimi rejimi iflasa uğrayacağı hadla, anqlo-sakslar kontinental Avropanı Rusiya ilə birbaşa silahlı münaqişə şəklində intihar avantürasına hazırlayır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Gələcəyin yaradılması” Beynəlxalq elmi- fantastika simpoziumunda belə iddia ilə çıxış edib.

“Bu gün anqlosakslar Avropanın əksər ölkələrini nasist bayrağı altında toplayıb Hitler kimi Kiyev rejiminin əli ilə ölkəmizi məğlub etməyi düşünürlər. Zelenski rejimi uğursuz olarsa, ehtiyat variant kimi onlar kontinental Avropanı intihar avantürasına atılmağa və Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlayırlar”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

Lavrov, həmçinin bir çox Avropa ölkələrinin hazırkı hakim elitasının çoxqütblü dünyada özləri üçün gələcək görmədiklərini və “xarici hegemondan” xilas ummalarından təəssüfləndiyini bildirib.

Bu arada, Rusiya mediasında ABŞ-nin Rusiyadan palladium və titan idxalını dayandırmaq üçün Avropanın Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə sövq etməsi barədə xəbərlər dərc olunub.

Materiallarda bildirilir ki, Avropa ölkələri üçün Rusiya palladiumu və titanı strateji əhəmiyyət kəsb edən materiallardır və bunlardan başqa məhsullarla yanaşı, təyyarə tikintisində və nüvə sənayesində, eləcə də avtomobil sənayesində istifadə olunur. Avropanın hələ tətbiq etmək istəmədiyi yeni sanksiyalar nəticəsində bu sənaye sahələrinin əhəmiyyətli dərəcədə zərər çəkməsi və Avropa iqtisadiyyatına ziyan dəyməsi riski var.

“Bloomberg” nəşrinin məlumatına görə, ABŞ G7 ölkələrinin maliyyə nazirlərinin müavinlərinin görüşündə müvafiq sanksiyaların tətbiqini təklif edib. Amerikalılar özləri artıq rus titanından imtina etsələr də, palladium alışını dayandırmayıblar. Yeri gəlmişkən, Rusiyanın “Norilsk Nikel” şirkəti dünya palladium istehsalının 40%-ni təşkil edir.

Avropanın aparıcı ölkələri olan Böyük Britaniya rus titanını Kanada və Avstraliyadan idxal ilə əvəz etməyi planlaşdırırdı, lakin Almaniya və Fransanın belə bir imkanı yoxdur. Onlar üçün rus mallarının alınması daha sərfəli olduğundan ehtiyat variantalrı nəzərdə tutulmurdu.

Qeyd edək ki, sanksiya barədə şayiələrə görə dünya bazarlarında palladiumun qiyməti 25% artıb. Avropa məhdudiyyətlərlə razılaşarsa, onun maya dəyəri daha 50% artacaq ki, bu da öz növbəsində istehsalın dayanmasına səbəb olacaq. Xüsusilə, təyyarələrin istehsalı altı ay və ya bir il çəkəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Avropa   Rusiya   sanksiyalar  





Xəbər lenti