Ata, ana və qızının yanaraq öldüyü ev - VİDEO
![Ata, ana və qızının yanaraq öldüyü ev - VİDEO Ata, ana və qızının yanaraq öldüyü ev - VİDEO](https://azvision.az/photos/lerikyangin_1503421222.jpg)
Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə Hüseynova və ev sahibinin qızı 22 yaşlı Süsən Mirzəzadə yanaraq ölüb. Ailə üzvlərindən biri Mehdi Hüseynov yanğından xilas ola bilib.
Yelmar Hüseynov (ev sahibinin oğlu): "Hadisə baş verəndə mən işdə idim. Zəng vurdular ki, belə bir hadisə olub, çıxdım gəldim. Mən gələndə ev tam yanmışdı. Bilmirəm, normal bir ailə idik, yanğının nədən baş verdiyindən xəbərim yoxdur. İki-üç gün qabaq evə gəlmişdim, hər şey normal idi, şoka düşdüm".
Hadisənin baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq. (ARB TV)
AzVision.az