"Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda yeni quyu istismara verilib
  23 Avqust 2017    Oxunub:3122
SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür.
AzVision.az SOCAR-a istinadən məlumat verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

AzVision.az




Teqlər: Neft-Daşları   SOCAR  





Xəbər lenti