Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə vətəndaşlarla görüşəcək
  28 Avqust 2017    Oxunub:1898
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıda göstərilən nömrələrə zəng etmələri xahiş olunur.

Göygöl rayonunda 02220 55013
Gəncə şəhərində 02225 71617
Naftalan şəhərində 02235 22106
Goranboy rayonunda 02224 52106
Samux rayonunda 02227 51199
Daşkəsən rayonunda 02221 53020
Kəlbəcər rayonu üzrə 02226 75099
Xocalı rayonu üzrə 02235 21698

AzVision.az


Teqlər: Ramin-Quluzadə  





Xəbər lenti