“Neft Daşları”nda estakada təmir olunub

“Neft Daşları”nda estakada təmir olunub
  29 Avqust 2017    Oxunub:2495
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, 255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulmuş, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılmış, suüstü əlaqələr təmin edilib. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

AzVision.az


Teqlər: SOCAR   Neft-Daşları  





Xəbər lenti