Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır
  30 Avqust 2017    Oxunub:1627
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ay başa çatacaq.
AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, hazırda Gürcüstan ərazisində tamamlanma işləri aparılır. Tikinti başa çatdıqdan sonra gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

Nazir, həmçinin qeyd edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər həyata keçirilir.

AzVision.az


Teqlər: Bakı-Tbilisi-Qars  





Xəbər lenti