Beynəlxalq Bankın reytinqləri yüksələ bilər

Beynəlxalq Bankın reytinqləri yüksələ bilər
  06 Sentyabr 2017    Oxunub:1240
Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş, 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq Fitch Beynəlxalq Reytinq Agentliyi onlara verdiyi reytinqləri geri çağırıb.
Bu barədə AzVision.az-a Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.

Restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra Fitch Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 2017-ci il sentyabrın 1-də faktiki olaraq başa çatıb.

AzVision.az


Teqlər: ABB  





Xəbər lenti