Sülh Platforması İqtisadi Forumunda iştirak edir

Sülh Platforması İqtisadi Forumunda iştirak edir
  06 Sentyabr 2017    Oxunub:1888
Ermənistan-Azərbaycan Sülh Platforması sentyabrın 5-7-də Polşanın Krinitsa-Zdroy şəhərində keçirilən 27-ci İqtisadi Forumunda iştirak üçün dəvət edilib.
AzVision.az-ın məlumatına görə, Forumda Sülh Platformasını Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev və Sülh Platformasının həmtəsisçisi Vahe Avetiyan təmsil edir. Onların Forum zamanı aktual problemlərə dair panel sessiyalarında məruzələri və bir sıra rəsmi görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Krinitsa İqtisadi Forumunun əsası 1992-ci ildə qoyulub. Forum hər il sentyabr ayının ilk yarısında Polşanın kurort şəhəri Krinitsa-Zdroy şəhərində keçirilir. Forumda Mərkəzi və Şərqi Avropanın iqtisadi və siyasi elitasının nümayəndələrin iştirak edir. Bu il Forumun açılışında Polşanın prezidenti cənab Anjey Duda, Makedoniyanın prezidenti cənab George İvanov və Gürcüstanın prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Sülh-Platforması  





Xəbər lenti