İtaliya TAP-ın vaxtında tamamlanmasını istəyir

İtaliya TAP-ın vaxtında tamamlanmasını istəyir
  07 Sentyabr 2017    Oxunub:1488
“İtaliya hökuməti TAP layihəsinin vaxtında tamamlanmasında maraqlıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycana yeni təyin olunan səfiri Auqusto Massari deyib. Onun sözlərinə görə, layihənin nəzərdə tutulan vaxtda tamamlanması üçün bütün lazımi tədbirlər görülür. Səfir vurğulayıb ki, əsas hədəf 2020-ci ilə qədər TAP layihəsini tamamlamaqdır:

“Azərbaycan İtaliya üçün mühüm ticarət tərəfdaşlarından biridir. Əməkdaşlığımızın əsas göstəricilərindən biri də odur ki, İtaliyada xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Bu, həm də bizim dostluq əlaqələrimizin güclü və dərin olmasının göstəricisidir”, - deyə səfir bildirib.

Eldar Tanrıveridyev
AzVision.az



Teqlər: İtaliya   Azərbaycan   TAP  





Xəbər lenti