Əhalinin banklarda 7 milyarda yaxın pulu var

Əhalinin banklarda 7 milyarda yaxın pulu var
  07 Sentyabr 2017    Oxunub:1481
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29 mlrd. 708,5 mln. manat, cəmi öhdəlikləri 26 mlrd. 872 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 836,5 milyon manatdır. Əhalinin əmanətləri 6 mlrd. 834,1 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16123 nəfər təşkil edir.

İyun ayı ilə müqayisədə iyulda bankların AMB qarşısında öhdəliyi 30,5 mln. manat və ya 4,71% azalaraq 616,9 mln. manat təşkil edib.

AzVision.az


Teqlər: MBNP   Bank  





Xəbər lenti