Bank işçilərinin sayı artıb

Bank işçilərinin sayı artıb
  07 Sentyabr 2017    Oxunub:3111
2017-ci ilin avqust ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 123 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir ki, iyulda bank sektorunda çalışanların sayı 28 nəfər artıb. Belə ki, iyun ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 095 nəfər olub.

Bundan başqa avqust ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 12 mlrd. 392,9 mln. manat təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 1 mlrd. 69,2 mln. manat və ya 7,94% azalma deməkdir.

AzVision.az


Teqlər: bank   MBNP  





Xəbər lenti