Neft Fondunun 35 milyard dollar aktivi var

Neft Fondunun 35 milyard dollar aktivi var
  07 Sentyabr 2017    Oxunub:1532
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradılandan bugünədək 130 mlrd. ABŞ dollarından çox vəsait daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, daxil olan vəsaitin təxminən 75%-i infastruktur layihələrinə yönəldilib, 25%-i isə saxlanılıb.

“Hazırda Fondun 35 mlrd. dollar aktivi var. Qanuna görə, ARDNF ölkə daxilində investisiya yatırmaq hüququna malik deyil. Bizim bütün investisiyalar beynəlxalqdır, qlobaldır, investisiya portfeli kifayət qədər şaxələndirilib, dünya üzrə müxtəlif aktivlərdə yatırılıb”.

Ş. Mövsümov əlavə edib ki, neft fondlarının yaradılması düzgün, uzaqgörən, ölçülmüş addımdır.

AzVision.az


Teqlər: Neft-fondu  





Xəbər lenti