Komitə büdcəyə 2 milyarda yaxın pul köçürüb

Komitə büdcəyə 2 milyarda yaxın pul köçürüb
  13 Sentyabr 2017    Oxunub:1500
2017-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 707 milyon 965,31 min manat daxil olub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 281 milyon 705,80 min manat və ya 19,75 faiz artıb.

Bu ilin 8 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 448 milyon 041,54 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 183 milyon 284,94 min manat, aksizlər üzrə 53 milyon 983,50 min manat, yol vergisi üzrə isə 22 milyon 655,33 manat təşkil edib.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti