Əhali banklara 572 milyon faiz ödəyib

Əhali banklara 572 milyon faiz ödəyib
  15 Sentyabr 2017    Oxunub:1809
2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 mlrd. 713,2 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4% artıb, neft sektorunda isə 7,6% azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8% təşkil edib. Əlavə dəyərin 40,1%-i sənayedə, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 16,2%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

Bundan başqa Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəliləri ötən ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6% artaraq 31 770,8 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 269,1 manat və yaxud ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 572 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 046,0 mln. manatlıq vəsait qalıb.

AzVision.az



Teqlər: DSK   gəlir   bank  





Xəbər lenti