Samir Şərifov surinamlı həmkarı ilə görüşüb
Öz növbəsində S.Şərifov qlobal böhranın, əmtəə məhsullarının, xüsusilə neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yaratdığı mənfi fəsadlara rəğmən Prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitliyin bərqərar olunması, bank sektorunda həyata keçirilən sağlamlaşdırma və köklü restrukturizasiya tədbirləri, büdcə yığcamlaşdırılması və maliyyə intizamının daha da gücləndirilməsi, investisiya və işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O eyni zamanda, ölkə prezidentinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın postneft dövrünə hazır olmasının vacibliyini nəzərə alaraq, ölkə iqtisadiyyatının sürətlə şaxələndirilməsi və inklüziv iqtisadi artımın təmin edilməsinin hazırda qarşıda duran əsas çağırış olduğunu vurğulayıb.
Görüş zamanı beynəlxalq maliyyə təşkilatlarında birgə fəaliyyət və əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Surinam Azərbaycan