Orta aylıq əmək haqqı artıb

Orta aylıq əmək haqqı artıb
  15 Sentyabr 2017    Oxunub:6984
2017-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 523,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əmək haqqı neft sektorunda 3030,4 manat, qeyri-neft sektorunda 464,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 392,7 manat, özəl müəssisələrdə isə 708 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

AzVision.az


Teqlər: Maaş   DKS  





Xəbər lenti