“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib
  20 Sentyabr 2017    Oxunub:1494
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə 2584A nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, şirkətin “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2521-2515 metr intervaldan sutkalıq 15 ton neft və 2300 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

AzVision.az


Teqlər: SOCAR   Neft-Daşları  





Xəbər lenti