Meksikadakı zəlzələdə azərbaycanlı yaralanıb? - Rəsmi açıqlama

Meksikadakı zəlzələdə azərbaycanlı yaralanıb? - Rəsmi açıqlama
  20 Sentyabr 2017    Oxunub:1291
Meksikada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, zəlzələdən dərhal sonra səfirlik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: XİN   Azərbaycan   Zəlzələ  





Xəbər lenti