Dövlət büdcəsində artımlar gözlənilir

Dövlət büdcəsində artımlar gözlənilir
  26 Sentyabr 2017    Oxunub:2548
“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45-50 dollar səviyyəsində götürüləcək”
Bu barədə AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, builki dövlət büdcəsində artımlar gözlənilir:

“Sosial sahə üzrə artımlar olacaq. Həmçinin bir sıra sahələr üzrə də artım gözlənilir. 2017-ci ilin dövlət büdcəsində neftin qiymətini 40 dollar səviyyəsində götürmüşdük. Bu il isə neftin qiymətini 45-50 dollar səviyyəsində götürəcəyimizi düşünürəm. Qeyri-neft sektorunda, həmçinin Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə əlaqədar müəyyən inkişaf var. Ümumi Daxili Məhsulda (ÜDM) da artım gözlənilir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vahid-Əhmədov   Büdcə  





Xəbər lenti