Patruşev Heydər Əliyevin məzarını ziyarət edib

Patruşev Heydər Əliyevin məzarını ziyarət edib
  30 Sentyabr 2017    Oxunub:1529
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı üstünə əklil və tər çiçəklər qoyub.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.



AzVision.az


Teqlər: Patruşev  





Xəbər lenti