Xızıda 101 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 101 ədəd partlamamış hərbi sursat tapılıb
  07 Oktyabr 2017    Oxunub:1363
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay və Məşədi Həsən kəndləri ərazisində əkin sahəsinə, yol kənarına və kənd qəbirstanlığının yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 101 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 313 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 296 500 kv.m (29.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 35 gün ərzində 10 726 ədəd partlamamış hərbi sursat (PHS), 4 420 ədəd partlamış-yanmış sursat qalıqları və 20 561 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 357 728 kv.m (4 036 ha) ərazi yoxlanılıb.


AzVision.az


Teqlər: ANAMA   Mərmi   Sursat  





Xəbər lenti