Bu il rekord sayda texnika alınıb
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Heyvandarlığın sürətli inkişafının da prioritetlərdən biri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək. Əlbəttə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünki bizdə bu sahədə bu qədər ki, inkişaf gözlənilir, mövcud istehsal gücü bizi qane etməyəcək”.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident