Növbəti hərrac keçirilib
Hərrac rəqabətli olub. Paytaxtın Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 25 min manat olsa da, sonda 40 min 250 manata özəlləşdirilib. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 460 kv.m-dən çoxdur. Hərracda ən ucuz qiymətə özəlləşdirilən əmlak isə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin obyektin ümumi faydalı sahəsi 124,8 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxt üzrə Səbail, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələrdə özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi Ağstafada yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin ümumi faydalı sahələri 15 kv.m ilə 124,8 kv arasında dəyişir.
AzVision.az
Teqlər: hərrac