Samir Şərifov Vaşinqtona getdi

Samir Şərifov Vaşinqtona getdi
  11 Oktyabr 2017    Oxunub:2195
Bu gündən başlayaraq oktyabrın 15-nə qədər ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.
Maliyyə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, toplantıda Azərbaycanı nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.

AzVision.az




Teqlər: Samir-Şərifov  





Xəbər lenti