Əmanətçilərə 748 milyon kompensasiya ödənilib

Əmanətçilərə 748 milyon kompensasiya ödənilib
  11 Oktyabr 2017    Oxunub:1727
Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişlərinin həcmini açıqlayıb.
Fonddan AzVision.az-a verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln.
manatı kompensasiya olunan əmanətlərdir.

10 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb. Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747,937 mln. manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər: əmanət  





Xəbər lenti