Azərbaycanda gündəlik neft hasilatı azalacaq

Azərbaycanda gündəlik neft hasilatı azalacaq
  11 Oktyabr 2017    Oxunub:1999
Bu il Azərbaycanda gündəlik neft hasilatının orta hesabla 60 min barel azalaraq sutkada 790 min barel olacağı nəzərdə tutulur.
Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib. Qeyd edilib ki, 2018-ci ildə ölkə üzrə gündəlik neft hasilatı 50 min barel azalaraq 740 min barel olacaq.

Xatırladaq ki, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 733 min barelini xam neft, 52,7 min barelini kondensat təşkil edib. Gündəlik 627 min barel xam neft, 52,7 min barel kondensat, 19,3 min barel isə neft məhsulları ixrac edilib.

Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda isə 734,8 min barel olub.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti