Gömrük İdarəsində yoxlamalar aparılıb

Gömrük İdarəsində yoxlamalar aparılıb
  12 Oktyabr 2017    Oxunub:1708
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair və Dövlət İnvestisiya Proqramının təhlilinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
AzVision.az Palataya istinadən xəbər verir ki, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş Planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

AzVision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti