Bolqarıstan prezidenti xanımı ilə Bakıya gəldi - FOTO

Bolqarıstan prezidenti xanımı ilə Bakıya gəldi - FOTO
  12 Oktyabr 2017    Oxunub:2203
Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.



AzVision.az


Teqlər: Bolqarıstan  





Xəbər lenti