Azərbaycan almalarını Maldiv adalarında yeyirlər
AzVision.az xəbər verir ki, bunu "AZPROMO"nun sədri Rüfət Məmmədov mətbuat konfransında deyib. O, bildirib ki, Azərbaycan üçün yeni bazarlara ixrac stimullaşdırılıb.
R.Məmmədov deyib ki, noyabr ayında Honk-Konqda şərab sərgisi keçiriləcək. Azərbaycanın 12 istehsalçısı həmin sərgidə iştirak edəcək.
Sədr, həmçinin bildirib ki, Çin bazarına şərabın ixracı ilə bağlı silsilə tədbirlər keçirilir: "Artıq Azərbaycanın 9 istehsalçısı bu bazara şərab ixrac edir. Çin bazarı Azərbaycan şərablarının satılması üçün əsas bazardır".
R.Məmmədov Azərbaycan almalarının Maldiv adalarına, Səudiyyə Ərəbistanına və digər ölkələrə ixrac olunduğu vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: AZPROMO