Energetika Nazirliyində qanun layihəsi müzakirə edilib
Bu məqsədlə USAİD-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. O, layihənin ilkin variantının Nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.
Qurumun Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji yol xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib. USAİD-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.
Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində Nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi