Neftimizin qiyməti 59 dollara çatır

  19 Oktyabr 2017    Oxunub : 461
Neftimizin qiyməti 59 dollara çatır

Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.

AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 58,84 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 52,01 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 58,16 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft