İlham Əliyevin İstanbul səfərinin proqramı

İlham Əliyevin İstanbul səfərinin proqramı
  20 Oktyabr 2017    Oxunub:4601
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Türkiyənin İstanbul şəhərinə səfər edib.

Azərbaycan prezidenti türkiyəli həmkarının dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək.
AzVision.az-ın əldə etdiyi məlumata görə, D-8 Zirvə toplantısı Bakı vaxtı ilə saat 11:00-da Lütfü Kırdar Mədəniyyət və Konqres Mərkəzində işə başlayacaq. Azərbaycan prezidenti də zirvə görüşünə qatılacaq.

Bundan əlavə 15:00-da dövlət başçıları və hökumət rəsmilərinin şərəfinə rəsmi nahar veriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   İstanbul  





Xəbər lenti