Pensiya və maaşların artacağı rəsmən təsdiqləndi

Pensiya və maaşların artacağı rəsmən təsdiqləndi
  20 Oktyabr 2017    Oxunub:30846
2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.
AzVision.az-ın məlumatına görə, 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub ki, bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı edilir.

Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq.

Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaq.

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 mlrd. manatı (əvvəlki illə müqayisədə 30 mln. manat və ya 2,4% çox) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 mln. manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 mln. manatı (əvvəlki illə müqayisədə 15 mln. manat və ya 4 dəfə çox) sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.

AzVision.az



Teqlər: Büdcə   Maaş   Pensiya  





Xəbər lenti