Etibar Pirverdiyev Türkiyə və Rusiya ilə bağlı planları açıqladı

Etibar Pirverdiyev Türkiyə və Rusiya ilə bağlı planları açıqladı
  20 Oktyabr 2017    Oxunub:3626
"Strateji Yol Xəritəsi üzrə işlər davam etdirilir. Burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji"nın prezidenti Etibar Pirverdiyev deyib.

O, Gürcüstana yeni 330 kilovatlıq paralel xəttin çəkiləcəyini deyib: "Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerji ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İran enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhəddində sabit cərəyan qurğusu tikilməlidir. Bu yarımstansiyadan daha ciddi qurğudur".

"Azərenerji" prezidenti qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ikinci-paralel xəttin çəkilməsi gündəmdədir: "Hazırda 70-ci illərdə tikilmiş 330 kilovatlıq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kilovatlıq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. Planımızda var ki, 330 kilovatlıq xətti ikidövrəlik edək. Yəni daha bir 330 kilovatlıq paralel xətt çəkək".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti