Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
  22 Oktyabr 2017    Oxunub:1941
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4386,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 615,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 52,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti