Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək

Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək
  24 Oktyabr 2017    Oxunub:2972
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 27-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Komitədən AzVision.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Gənclər Mərkəzində keçiriləcək. Qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş şəhər və rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02121) 5-52-45, (02120) 4-29-19

AzVision.az


Teqlər: Kərəm-Həsənov  





Xəbər lenti