Dənizlə daşınan yüklərin həcmi artıb

  24 Oktyabr 2017    Oxunub : 338
Dənizlə daşınan yüklərin həcmi artıb

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-sentyabr ayında daşınmış yüklərin həcmi 5961,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,1 faiz artıb. Yüklərin 49,4 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, dəniz limanlarında 7746,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 7451 min tonunu və ya 96,2 faizini tranzit yüklər təşkil edib. 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 178,1 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalaraq 13,9 min nəfər olub.

AzVision.az

Teqlər: DSK   dəniz