İraqdakı azərbaycanlı uşaqlarla bağlı yeni məlumat

İraqdakı azərbaycanlı uşaqlarla bağlı yeni məlumat
  24 Oktyabr 2017    Oxunub:1466
"Bildiyimiz kimi iki həftə əvvəl bir uşaq İraqdan gətirilərək Azərbaycan hakimiyyətinə təhvil verilib. Digər uşaqlara gəldikdə isə bu təhlükəsizlik məsələləri ilə bağlıdır və mən heç nə deyə bilmərəm"
AzVision.az xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Fadil Avad əl-Şüveyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İraq hökuməti azərbaycanlı uşaqların gətirilməsi ilə bağlı Azərbaycanın dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, bir müddət əvvəl İŞİD-dən xilas edilən Abdulla adlı azyaşlı XİN-in xətti ilə Azərbaycana gətirilərək ailəsinə təhvil verilib. Digər uşaqların gətirilməsi ilə bağlı hazırda danışıqların aparıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   Səfirlik   XİN  





Xəbər lenti