Ölkədə 123 min ton pambıq yığılıb

Ölkədə 123 min ton pambıq yığılıb
  24 Oktyabr 2017    Oxunub:2116
Oktyabrın 24-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 123 min 966,21 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 24-dək pambıq qəbulu məntəqələri 41 min 867 ton məhsul tədarük etmişdi.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti