Neftimizin qiyməti 59 dolları keçib

  26 Oktyabr 2017    Oxunub : 465
Neftimizin qiyməti 59 dolları keçib

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edib.

AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar bahalaşaraq 59,07 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 52,10 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar azalaraq 58,37 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft