“Buta Airways” uçuş terminalını dəyişir
“Terminal 2” mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksəksürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.
Həmçinin uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express avtobusunun marşrutu da dəyişəcək. “Terminal 2”nin uçuş zonasının qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi ("28 May" metro stansiyası) arasında "Koroğlu" metro stansiyasının yaxınlığında qısamüddətli dayanmaqla hərəkət edir.
Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən Çağrı mərkəzinə, həmçinin “Facebook” sosial şəbəkəsində “www.fb.com/BakuAirport” rəsmi səhifəsinə müraciət etmək olar.
AzVision.az
Teqlər: Buta-Airways