Energetika naziri Rusiya səfiri ilə görüşüb
P.Şahbazov isə deyib ki, iki ölkənin xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri bütün sahələrdə uğurlu əməkdaşlığın formalaşmasını təmin edib. Bildirilib ki, “Azəri-Çıraq-Günəşli” blokunun, "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, "Qarabağ” və Yalama-Samur strukturlarında birgə kəşfiyyat işlərində "LUKoil” şirkətinin təmsil olunması, Bakı-Novorossiysk neft kəməri, Rusiyanın digər neft-qaz şirkətləri ilə əməkdaşlıq enerji sahəsində tərəfdaşlıq münasibətlərinin əsas vasitələridir. Dünya enerji bazarında neftin qiymət sabitliyinə nail olunması istiqamətində aparılan məsləhətləşmələr və danışıqlarda Azərbaycanın Rusiya ilə birgə mövqedən çıxış etməsi isə yüksək səviyyədə qərarlaşmış əməkdaşlığın daha bir nümunəsidir.
Görüşdə “Şimal-Cənub” enerji dəhlizi, enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri və dünya enerji bazarındakı vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi