Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir

Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir
  28 Oktyabr 2017    Oxunub:3116
“Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamıdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bezos “Amazon”un səhmlərinin kəskin artması nəticəsində “Microsoft”un sabiq rəhbəri Bill Qeytsi geridə qoyub. Son 24 saat ərzində “Amazon”un səhmlərinin qiyməti 10% artıb.

“Forbes”-in məlumatına görə, hazırda Bezosun sərvəti 93,1 milyarddır.

Qeyd edək ki, bu ilin iyununda "Amazon" şirkətinin səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlılarının siyahısında birinci yerə çıxarmışdı. Lakin sonradan səhmlərin ucuzlaşması nəticəsində Bill qeyts statusunu geri qaytarmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Forbes   Amazon  





Xəbər lenti