Pambıq tədarükü 140 min tona yaxınlaşıb

Pambıq tədarükü 140 min tona yaxınlaşıb
  28 Oktyabr 2017    Oxunub:2925
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 139 min 913,74 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu, keçən ilin ümumi göstəricisindən 51 min 317 ton çoxdur. Oktyabrın 27-də 3443,40 ton pambıq tədarük olunub.

2016-cı ildə 88 min 596 ton pambıq yığılıb.

Qeyd edək ki, ölkə üzrə bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

AzVision.az


Teqlər: Statistika   Pambıq  





Xəbər lenti