Azercell-dən bir daha 100 %-lik nəticə

Azercell-dən bir daha 100 %-lik nəticə
  30 Oktyabr 2017    Oxunub:1552
Hər zaman müştəri məmnuniyyətini üstün tutan Azercell Telekom sosial şəbəkələrdə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə davam edir. Təsadüfi deyil ki, məhz sosial şəbəkələrdə göstərdiyi yüksək aktiv fəaliyyətə görə şirkət dəfələrlə “Socially devoted” sertifikatına layiq görülüb.
Bu ilin üçüncü rübündə də Azercell təmsilçiləri rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandıraraq növbəti dəfə “Socially devoted” sertifikatını qazanıblar. Abunəçilər tərəfindən Azercell abunəçilərinə yönələn çoxsaylı suallar operativ şəkildə cavablandırılıb.

Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Nəzərinizə çatdıraq ki, regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib.

Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Hal-hazırda Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

AzVision.az


Teqlər: #Azercell  





Xəbər lenti