Neftimizin qiyməti 62 dollara çatır

  31 Oktyabr 2017    Oxunub : 355
Neftimizin qiyməti 62 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 61,47 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 54,05 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar azalaraq 60,76 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft